"Yuventus" qeyri-adi transferə hazırlaşır.
Lent.az xarici mediaya istinadla bildirir ki, Turin klubu hazırda "Aston Villa"da çıxış edən Duqlas Luizi heyətinə qatmaq niyyətindədir. Məlumdur ki, Duqlas “Yuventus”a keçməyə hazırdır, lakin onun qeyri-adi bir xahişi var. O, sevgilisi Alişa Lehmann ilə köçmək istəyir.
İtaliya mətbuatının yazdığına görə, "Yuventus" bu təkliflə maraqlanır və Alişa Lehmanı “Aston Villa” ilə müqaviləyə daxil etməyə hazırdır. Klub ümid edir ki, dünyanın ən məşhur futbolçusunun heyətində olması Lehmanın böyük sosial media izləyiciləri sayəsində həm meydanda, həm də kənarda qadın futbolunun inkişafına kömək edəcək.