DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasındakı oyunlara yekun vurulub. Apasport.az saytının qeyri-rəsmi cədvəlində Azərbaycan yığması qitənin 38-ci komandasıdı.
Belə ki, millimiz C qrupunda keçirdiyi 10 görüşdə 10 xal toplayıb. Bu nəticə Robert Prosineçkinin yetirmələrinin 5-ci olması üçün yetərli olub.
Bütün qruplarda eyni sayda – 6 komanda olduğundan və hər yığma eyni sayda – 10 matç keçirdiyindən bütün iştirakçıları müqayisə etmək mümkündü. Milliləri öz qruplarında tutduğu yerlərə əsasən “doqquzluq”lara bölsək, komandamız Avropada 37-45-ci yerlərdən birində qərarlaşıb. Bunlar 5-ci pillə sahibləridi.
Həmin komandaları müqayisə etsək, yığmamız ən yaxşı beşinci adına iddiaçılardan biridi. Çünki yalnız Makedoniya daha çox – 11 xal qazanıb. Balkanlılar 5-ci yerlər arasında ən yaxşıdısa, Azərbaycan 2-ci, Kipr 3-cüdü. Yığmamız sonuncuları yalnız daha çox top vurduğu üçün qabaqlayıb. 5-ci yerlər arasında 2-ci yer isə ümumilikdə 51 iştirakçı arasında 38-ci olmaq anlamına gəlir. Düzdü, bu nəticə Avropada 38-ci deməyə tam əsas vermir. Çünki meydan sahibi Rusiya seçmə oyunlardan azad olub. Komandamız isə burada iştirak edən “54-lük”də 38-cidi.
yer |
qrup |
komanda |
O |
Q |
H |
M |
TOP |
X |
1 |
G |
Makedoniya |
10 |
3 |
2 |
5 |
15-15 |
11 |
2 |
C |
Azərbaycan |
10 |
3 |
1 |
6 |
10-19 |
10 |
3 |
H |
Kipr |
10 |
3 |
1 |
6 |
9-18 |
10 |
4 |
İ |
Finlandiya |
10 |
2 |
3 |
5 |
9-13 |
9 |
5 |
B |
Latviya |
10 |
2 |
1 |
7 |
7-18 |
7 |
6 |
E |
Ermənistan |
10 |
2 |
1 |
7 |
10-26 |
7 |
7 |
F |
Litva |
10 |
1 |
3 |
6 |
7-20 |
6 |
8 |
A |
Lüksemburq |
10 |
1 |
3 |
6 |
8-26 |
6 |
9 |
D |
Gürcüstan |
10 |
0 |
5 |
5 |
8-14 |
5 |