Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının pey-off mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, ilk görüşü Bakıda keçirən Aleksandr Çervyakovun yetirmələri ikinci görüşlərinə səfərdə çıxıblar.
Birinci matçda 3:0 hesablı qələbə qazanan komandamıza final mərhələsinə yüksəlmək üçün 2 set kifayət etsə də voleybolçularımız fərqli taktika seçiblər. Belə ki, rəqib ilk seti 26:24 hesabı ilə qazandığından onlar növbəti hissələrə güc sərf etməyiblər.
Əvəzində slovaklar da quru hesabla qalib gəldikləri üçün “qızıl set”ə ehtiyac duyulub. Həlledici hissə üçün gücünü qoruyan millimiz bu dəfə özünü yaxşı tərəfdən göstərib və seti öz xeyrinə başa vurub.
Beləliklə, “Qızıl set”də rəqibindən üstün olan yığmamız ardıcıl 6-cı dəfə Avropa çempionatının finalına yüksəlib.
Avropa çempionatı
Pley-off mərhələsi, cavab oyunu
Slovakiya – Azərbaycan – 3:0 (26:24; 25:19; 25:18)
“Qızıl set”: 6:15
İlk oyun:
Azərbaycan – Slovakiya – 3:0 (25:22; 25:18; 25:23)