UEFA FIFA-nı boykot edəcək
28 may 2015 06:38 (UTC +04:00)

UEFA FIFA-nı boykot edəcək

Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) seçki konqresini boykot edə bilər.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı müzakirələr mayın 28-ə təyin olunub.

 

Bundan əvvəl UEFA  korrupsiya qalmaqalı fonunda FİFA-da prezident seçkilərini təxirə salmağa çağırmışdı.

 

Xatırladaq ki, FIFA prezidenti vəzifəsinə seçkilər mayın 29-da İsveçrənin Sürix şəhərində, təşkilatın konqresi çərçivəsində keçiriləcək. Seçkilərdə təşkilatın indiki rəhbəri Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356
avatar

Oxşar yazılar