UEFA-nın reytinqində Azərbaycanın  mövqeyi dəyişmədi 
23 avqust 2013 02:56 (UTC +04:00)

UEFA-nın reytinqində Azərbaycanın mövqeyi dəyişmədi 

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA-nın avrokuboklar üçün əmsallar cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmalardan sonra siyahıda cüzi dəyişikliklər qeydə alınıb.


Lakin bu dəyişikliklər Azərbaycanın mövqeyinə təsir etməyib. Ölkəmizin mübarizəni davam etdirən yeganə təmsilçisi “Qarabağ”ın evdə Almaniya “Ayntraxr”ına 0:2 hesabı ilə uduzması ölkəmizin xal hesabını dəyişməyib. Cari mövsüm topladığımız xalların ümumi sayı 2,500-də qalıb. Bunun – 1,375-i 5 qələbə və 1 heç-heçəsi olan, ilk məğlubiyyətini frankfurtlulardan alan “Qarabağ”ındır. “İnter” 0,625, “Xəzər Lənkəran” 0,375, “Neftçi” 0,125 xal qazanıb. 

Son 5 mövsümdə klublarımızın qazanılanların cəmində isə Azərbaycanın hesabımızda 10,375 xal var ki, bu da futbol tariximizin ən yüksək göstəricisidir. 30-cu pillədəki mövqeyini qoruyan ölkəmiz Slovakiyanı çətin ki, bu mövsüm keçə bilsin. Ən yaxın izləyicilərimizin də bizi tezliklə mövqeyimizdən edəcəyi inandırıcı deyil. Gürcüstanın hər 2 təmsilçisinin bu dəfə uduzması yarım xallıq fərqin qalmasına imkan verdi.

...21 Polşa 18,250 (2 klubu qalıb) 
22 Xorvatiya 18,000 (2) 
23 İsveç 15,525 (1) 
24 Şotlandiya 14,816 (1) 
25 Norveç 14.125 (2) 
26 Serbiya 14.125 (2) 
27 Bolqarıstan 12.125 (1) 
28 Macarıstan 11.625 
29 Slovakiya 11.000 
30 Azərbaycan 10.375 (1) 
31 Gürcüstan 9.875 (2) 
32 Sloveniya 9.500 (1) 
33... Moldova 8.875 (1)
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602
avatar

Oxşar yazılar