Ötən gün dünyanın yaşıl meydanlarında bir sıra yoldaşlıq oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, hazırlıq məqsədi ilə komandalar güclərini sınayıblar.
Belə ki, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Qazaxıstanla oyunöncəsi qardaş Türkiyə millisi Braziliyanı sınağa çəkib. Meydan sahibləri İstanbulda biabır olub – 0:4.
“Ay-ulduzlular”ın rəqibi Hollandiya yığması Meksika ilə qarşılaşıb. Bu görüşdə də qonaqlar qalib gəlib. 5 qolun vurulduğu matçda meksikalılar 2:3 hesabı ilə qələbəyə qazanıb.
A qrupunun lideri İslandiya isə Belçika ilə münasibətlərinə aydınlıq gətirib. Bu dəfə sevinən tərəf ev sahibləri olub. Belçika 3:1 hesabı ilə rəqibini mğlub edib.
Yoldaşlıq oyunları
12 noyabr
Türkiyə - Braziliya - 0:4
Qollar: Neymar, 20; 60, Kaya, 24-avtoqol, Villian, 44
Hollandiya – Meksika - 2:3
Qollar: Sneyder, 49, Blind, 74 - Vela; 62, Hernandes, 69
Belçika – İslandiya - 3:1
Qollar: Lombaerts, 11, Orige, 62, Lukaku, 73 – Finnboqason, 13