Trampa “Arsenal”ın baş məşqçi postu təklif edildi
27 yanvar 2018 02:03 (UTC +04:00)

Trampa “Arsenal”ın baş məşqçi postu təklif edildi

0

Londonun “Arsenal” klubunun azarkeşi olan britaniyalı jurnalist və teleaparıcı Pirs Morqan ABŞ prezidenti Donald Trampa komandanın onun adına olan 45 nömrəli formasını hədiyyə verib və Amerika liderinə London komandasının baş məşqçisi olmağı təklif edib.

 

Lent.az-ın “oxu.az”-a istinadən xəbərinə görə, bu barədə Morqan öz “Twitter” səhifəsində yazıb.

 

“Prezidentə “Arsenal”ın yeni baş məşqçisi postuna dəvət etdim. Çünki o möhkəm müdafiə divarı qurur, hücum fəlsəfəsi var və nəyin bahasına olursa-olsun böyük mükafatlar qazanmaq istəyir”, - deyə jurnalistin məlumatında bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar