Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Chess” turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışda 9-cu turun oyunları keçirilib.
Super turnirdə Azərbaycanı təmsil edən yeganə qrossmeyster Şəhriyar Məmmədyarov hesabat turunu heç-heçə ilə başa çatdırıb.
O, ağ fiqurlarla oynadığı partiyada rusiyalı Vladimir Kramniklə üz-üzə gəlib. Tərəflər 27-ci gedişdə bərabərliyə razılaşıblar.
Bu nəticədən sonra xalını 6-a yüksəldən Məmmədyarov turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. İlk pillədə Aniş Qiri (Hollandiya), ikinci yerdə isə Maqnus Karlsen gedir.
Qeyd edək ki, 10-cu turda Şəhriyar Məmmədyarov qara fiqurlarla Peter Svidlerlə qarşılaşacaq