Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev məşqçilik fəaliyyətini bərpa edir. Apasport.az saytının əldə etdiyi məlumata görə, 49 yaşlı mütəxəssis gələn mövsümdən Topaz Premyer Liqasında mübarizə aparacaq “Kəpəz” klubunun baş məşqçisi təyin edilib.
Məlumatı saytımıza açıqlamasında Gəncə təmsilçisinin prezidenti Mehman Allahverdiyev də təsdiqləyib: “Bəli, Şahin Diniyevlə görüşdük, anlaşdıq. Komandamız ən azından ilk “altılıq” uğrunda mübarizə aparacaq”.
Qeyd edək ki, Şahin Diniyev artıq bir dəfə “Kəpəz”də çalışıb. O, 2004-05-ci illərdə “Gəncə” adını daşıyan komandaya rəhbərlik edib.