Rusiya Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək Rusiya milli komandasının tərkibini təsdiq edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Bakı-2015”-də təmsil olunacaq Rusiya milli komandasının tərkibinə 360 idmançı daxil olub.
Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-dən 28-nə kimi Azərbaycanın paytaxtında keçiriləcək. 20 idman növündə 253 medal uğrunda yarışlar təşkil olunacaq. Praktiki olaraq Rusiya bütün idman növləri üzrə ən güclü atletləri ilə Avropa Oyunlarında təmsil olunacaq.