Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın 65-ci Konqresi öz işinə başlayıb. Apasport.az saytının məlumatına görə, mayın 29-da yekunlaşacaq tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edir.
Konqresdə FİFA prezidenti vəzifəsinə iki namizəd – hazırkı prezident Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn – arasında seçki keçiriləcək.