Türkiyə superliqasında çıxış edən “Akhisar Bələdiyyəspor” baş məşqçi Roberto Karlosla yollarını ayırıb. Lent.az-ın məlumatına görə, klub rəhbərliyi braziliyalı məşqçi ilə olan müqaviləni ləğv edib.
Klubun prezidenti Hüseyn Eryüksel deyib ki, Roberto Karlosla olan müqavilənin müddətini uzatmaq hüququ onlarda olsa da, Bundan istifadə etməmək qərarına gəliblər.
Qeyd edək ki, Roberto Karlosun rəhbərliyi altında Manisa təmsilçisi 18 oyuna çıxıb. Bu oyunların 5-də qələbə qazanan komanda 7 dəfə məğlub olub. Digər oyunlar isə bərabərliklə yekunlaşıb,