Rio-2016: Cüdoçularımız Vətənə qayıtdı
14 avqust 2016 20:14 (UTC +04:00)

Rio-2016: Cüdoçularımız Vətənə qayıtdı

Bu gün Rio Olimpiadasında çıxışını başa vuran Azərbaycan cüdoçuları vətənə dönüblər.

 

Apasport.az saytının məlumatına görə, 25 nəfərdən ibarət nümayəndə heyəti Paris-Bakı reysi ilə paytaxta gəliblər.

 

Aralarında gümüş medalçılarımız Rüstəm Orucov (73 kq) və Elmar Qasımovun (100 kq) da olduğu heyəti gözləyənlər arasında media nümayəndələri ilə yanaşı çox sayda idmansevər və idman ictimaiyyətinin nümayəndələri və idmançıların valideynləri də olublar.

 

Təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına 18:50-də enib. Cüdo azarkeşləri idmançıları “Cəngi” sədaları altında, bayraqlarla, idmançıların şəkilləri olan plakatlar və şüarlarla qarşılayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar