Rio-2016: Albert Səlimov məğlub oldu
13 avqust 2016 01:43 (UTC +04:00)

Rio-2016: Albert Səlimov məğlub oldu

Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.

 

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvü, 60 kq çəkidə mübarizə aparan təmsilçimiz Albert Səlimov  1/4 finalda gücünü sınayıb. İlk görüşündə irlandiyalı Devid Coysu məğlub edən təcrübəli boksçumuz bu dəfə fransalı Sofian Oumiha ilə döyüşdə məğlub olub. 0:3 hesabı ilə yenilən təmsilçimiz çıxışını başa vurub.

 

Bu mübarizə başa çatan kimi isə digər dəri əlcək ustamız, Kamran Şahsuvarlı yumruqlarının gücünü yoxlayacaq. 75 kq çəki dərəcəsində döyüşən Kamran 1/16 finalda çinli Zao Minqqanqa qalib gəlib. İdmançımızın budəfəki rəqibi isə Artyom Çebotaryov (Rusiya) olacaq. Döyüş saat 01:30-a təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235
avatar

Oxşar yazılar