“Əsas rəqibim Useyn Boltdu” - <span style="color:red;">azərbaycanlı atlet
13 avqust 2016 16:20 (UTC +04:00)

“Əsas rəqibim Useyn Boltdu” - azərbaycanlı atlet

0

 

“Olimpiya Oyunlarına qatılan hər bur idmançı medal qazanmağı arzulayır. Hər kəsin istəyi qızıl medal olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə millisinin atleti Ramil Quliyev deyib.

 

Azərbaycan yığmasını “ay-ulduzlular”a dəyişən idmançı Rio-2016-da 200 m məsafəyə qaçışda və 4x100 m estafetdə çıxış edəcək. Fərdi yarış haqda fikirlərini açıqlayan Quliyev iddialı olduğunu bildirib: “Mən də bunu gerçəkləşdirmək üçün əlimdən gələni edəcəm. Ən əsas rəqibim Useyn Boltdu. Amma Şon Merrit və Yustun Qatlin də formadadılar. Bu üç adlı-sanlı rəqibin yarışması maraqlı olacaq. Digər 7-8 idmançı yaxın şəxsi rekordlara malikdi. Əslində Bolt özü də tam formada deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 431

Oxşar yazılar