Platini: UEFA Blatterin FİFA prezidenti olmasını istəmir
28 may 2015 21:30 (UTC +04:00)

Platini: UEFA Blatterin FİFA prezidenti olmasını istəmir

UEFA nümayəndələrinin  əksəriyyəti Yozef Blatterin FİFA-nın prezidenti postunda qalmasını istəmir; UEFA onun namizədliyinin əleyhinə səs verəcək, çünki UEFA FİFA-nın güclü təşkilat  olmasını istəyir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə UEFA prezidenti Mişel Platini bildirib.  

 

“Bu gün biz bir neçə məsələləri müzakirə etdik, yaxşı diskussiya keçirildi, deyə bilərəm ki, avropalı nümayəndələrinin əksəriyyəti Əl Hüseyni dəstəkləyəcək. Onlar Blatteri bu postda daha görmək istəmirlər, mən də istəmirəm. Mən FİFA-nın güclü təşkilat olmasını istəyirəm”, deyə Platini bildirib.     

 

Qeyd edək ki, ABŞ-da aparılan istintaq çərçivəsində bu ölkə hüquq-mühafizə orqanlarının müraciəti əsasında İsveçrədə FİFA-nın 9 nümayəndəsi həbs edilib. İsveçrə polisi isə 2018 və 2022-ci il dünya çempionatlarının Rusiya və Qətərə necə verilməsi məsələsini araşdırdığını açıqlayıb.

 

Xatırladaq ki, FIFA prezidenti vəzifəsinə seçkilər mayın 29-da İsveçrənin Sürix şəhərində, təşkilatın konqresi çərçivəsində keçiriləcək. Seçkilərdə təşkilatın indiki rəhbəri Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 156
avatar

Oxşar yazılar