Millimiz elit mərhələdə!
29 oktyabr 2014 04:38 (UTC +04:00)

Millimiz elit mərhələdə!

0
Bu gün 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının seçmə mərhələsində III turun oyunları baş tutub. Lent.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, turnirdə mübarizə aparan milli komandamız növbəti matçına çıxıb.
 
Belçikada keçirilən seçmə mərhələnin ilk turunda meydan sahiblərinə 0:3 hesabı ilə uduzub, İsveçrəni 2:1 hesabı ilə məğlub edən Mirbağır İsayevin yetirmələri bu dəfə Bosniya və Herseqovina yığması ilə üz-üzə gəlib. Millimiz növbəti mərhələyə adlamaq üçün bu görüşdə mütləq qələbə qazanmalı idi ki, buna da nail olmayıb.
 
Belə ki, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtdada qol olamdığı üçün oyun taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Burada isə Bosniya və Herseqovina millisi daha dəqiq oynayaraq, 4 xalla qrupu 2-ci pillədə başa vurub.
 
IX qrupun digər oyunda isə İsveçrə Belçika ilə qarşılaşıb. Matçda turnirin təşkilatçıları 1:0 hesabı ilə uduzub.
 
Beləliklə, növbəti mərhələyə Belçika və Bosniya və Herseqovina komandaları adlayıb. Millimiz isə ən yaxşı III yeri tutan 5 komandadan biri olub və elit mərhələyə vəsiqə qazanıb.
 
 
U-17-lər arasında AÇ-nin ilkin seçmə mərhələsi
28 oktyabr
 
İsveçrə - Belçika - 1:0
 
QOL: Quillemenot, 40
 
Bosniya və Herseqovina – Azərbayca - 1:1
 
Penaltilər seriyası - 4:3
 
QOLLAR: Denis Zeriç,11 - Orus İsmayılov, 26
 

IX qrup

1

Belçika

3

2

0

1

7-2

6

2

Bosniya və Herseqovina

3

2

0

1

2-5

4

3

Azərbaycan

3

1

0

2

3-5

4

4

İsveçrə

3

1

0

2

2-3

3

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1205

Oxşar yazılar