Uels millisi AÇ-lərin tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Belçika üzərində 3:1 hesablı qələbə sayəsində yarımfinala yüksələn britaniyalılar dünya və Avropa çempionatları tarixində 4 ən güclü sırasına düşən ən kiçik ölkə kimi fərqlənib.
Söhbət əhali sayından gedir. Belə ki, indiyədək Uels kimi 3 milyon əhalisi olan heç bir ölkənin yığması DÇ və AÇ-lərdə yarımfinala yüksəlməyib. Bunadək rekord AÇ-84-ün yarımfinalçısı və AÇ-92-nin qalibi olan Danimarkaya məxsus idi.
Uels həm də son 20 ildə AÇ-nin yarımfinalına yüksələn ilk Böyük Britaniya komandasıdı. Həmin il yarımfinaladək irəliləyən meydan sahibi İngiltərədən sonra britaniyalılar bu raunda həsrət idi.