Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı start götürüb. Lent.az-ın məlumatına görə, yarışın ilk günündə döşək üzərinə çıxan Azərbaycan Yunan-Roma güləşçisi Mikayıl Rəhmanov qızıl medal qazanıb.
50 kq çəki dərəcəsində yer alan Rəhmanov ardıcıl olaraq Cənubi Afrika Respublikası (8:0), Bolqarıstan (7:0, təmiz qələbə), Rusiya (6:5) və Özbəkistan (6:4) güləşçiləri üzərində qələbə qazanaraq finala yüksəlib. Həlledici görüşdə o, Ukrayna təmsilçisini də üstələyərək (8:0) dünya çempionu olub.