<span style="color:red;">ŞOK HÖKM:  ulduz futbolçu 21 ay azadlıqdan məhrum edildi
06 iyul 2016 15:09 (UTC +04:00)

ŞOK HÖKM: ulduz futbolçu 21 ay azadlıqdan məhrum edildi

"Barselona" klubunun və dünya futbolunun argentinalı ulduzu Lionel Messi barədə şok məhkəmə qərarı çıxarılıb.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, İspaniya məhkəməsi 3 fərqli əməlinə görə təqsirli bilinən Messi və atası Jorge Horacio barəsində həbs qərarı elan edib.

 

Messi və atası barədə 2013-cü ildə açılmış vergi dələduzluğu işi ilə bağlı məhkəmənin yekun qərarına görə Messi və atası 21 ay 15 gün azadlıqdan məhrumetmə cəzası alıb.

 
Bununla belə, İspaniya qanunlarına görə 2 ildən az həbs cəzası alan şəxs həbsxanaya salınmır. Messi və atası da qanundakı məhz bu məqamdan yararlanacaq.  
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266
avatar

Oxşar yazılar