“Barselona”nın futbolçusu Lionel Messi barəsində çıxarılan hökmdən apellyasiya şikayəti verəcək.
Apasport.az saytı xəbər verir ki, Messi və atası Xorxe vergidən yayındıqları üçün İspaniya Məhkəməsi barələrində 21 aylıq həbs qərarı verib.
Məhkəmə həmçinin Messini 2, atasını isə 1,5 milyon avro məbləğində cərimələyib. Qeyd edək ki, İspaniya qanunvericiliyinə görə, cəza müddəti 2 ildən az olduqda müttəhimlərə şərti cəza verilə bilər.