Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin yeni klubu bəlli olub. Apasport.az saytının məlumatına görə, təcrübəli qolkiper karyerasını Türkiyənin PTT I Liqasında davam etdirəcək.
Milli üzvü İzmirin “Karşıyaka” klubuna keçib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, 29 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb.
Ağayevin sabahdan etibarən İzmir təmsilçisinin düşərgəsinə qatılacağı bildirilir.
Qeyd edək ki, milli komandamızın üzvü ötən mövsümün ikinci yarısını bir başqa türk klubu "Kayserspor"da keçirib. O, bu klubla PTT I Liqada çempion olub.