Hakan Şükürün Türkiyədəki var-dövlətinə həbs qoyuldu - <span style="color:red;">YENİLƏNİB
12 avqust 2016 14:57 (UTC +04:00)

Hakan Şükürün Türkiyədəki var-dövlətinə həbs qoyuldu - YENİLƏNİB

 

Türkiyənin ulduz futbolçularından olan Hakan Şükür və atasının mülklərinə həbs qoyulub.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə yığması və “Qalatasaray” klubunun əfsanəvi futbolçusu Hakan Şükür və atası Səməd Şükürun mülklərinin müsadirə edilməsi barədə qərar çıxarılıb.

 

H. Şükür və atasının daşınmaz əmlakı, avtomobilləri, bank hesablarındakı pulları, qiymətli əşyaları müsadirə ediləcək.

 

 

Buna səbəbsə futbolçu və atasının Fətullahçı Terror Təşkilatına pul yardımı etməsi göstərilib.

 

Qeyd edək ki, Hakan Şükür bir müddət AKP-ni parlamentdə təmsil edən millət vəkillərindən olub.

 

**

10:23

 

Türkiyənin əfsanəvi futbolçusu Hakan Şükür və onun atası Sermet Şükürün saxlanılması barədə qərar qəbul edilib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, sabiq deputat Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilir.

Sakarya Respublika Prokurorluğunun bu qərarından sonra yerli polis hazırda ABŞ-da yaşayan Hakan Şükürün İstanbuldakı evində axtarış aparıb. Şükür barədə “qırmızı bülleten” hökmü çıxarılacağı bildirilib. Adapazarıda yaşayan Sermet Şükür isə hələ tapılmayıb.

 

Qeyd edək ki, terror təşkilatı iyulun 15-də ölkədə çevrilişə cəhd etmiş və 200-dən çox insanın həlak olmasına səbəb olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 333
avatar

Oxşar yazılar