Fariz Yusifov ilk dəfə “Qarabağ”ın oyununda - <span style="color:red;">TƏYİNATLAR
22 fevral 2014 14:27 (UTC +04:00)

Fariz Yusifov ilk dəfə “Qarabağ”ın oyununda - TƏYİNATLAR

Futbol üzrə Topaz Premyer Liqasında XXIII turun hakim təyinatları açıqlanıb. Lent.az-ın məlumatına görə, keçmiş FİFA referisi Fariz Yusifov bu mövsüm ilk dəfə “Qarabağ”ın oyununu idarə edəcək.

 

O, Ağdam klubunun “Simurq”la ev qarşılaşmasının baş hakimi olacaq.

 

Gənc referi Elvin Əsgərov da ilk dəfə “Qəbələ”nin oyununa təyinat alıb. O, Qəbələ şəhər stadionunda “Rəvan”la matçda fit çalacaq.

 

Rauf Cabbarov 14 tur sonra “Neftçi”nin oyununda baş hakim olacaq. Cabbarov flaqmanı Sumqayıtda eyniadlı komanda ilə matça çıxaracaq. O, sonuncu dəfə “ağ-qaralar”ın IX turda səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə yendiyi matçda əsas söz sahibi olub.

 

Gənc FİFA referisi Əliyar Ağayev bu mövsüm Premyer Liqada baş hakim kimi 20-ci təyinatını AZAL – “Xəzər Lənkəran” matçına alıb. O, hamıdan çox təyinat qarşılaşmanı idarə etsə də, “təyyarəçilər”i 17 turdan sonra, “gəmiçilər”i isə 7 turdan sonra meydana çıxaracaq.

 

Nəhayət, daha bir FİFA referisi Rəhim Həsənov “İnter” və “Bakı” arasındakı turun mərkəzi oyununu idarə edəcək. O isə 9 turdan sonra “İnter”in, 6 turdan sonra “Bakı”nın iştirakı ilə matçda baş hakim funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, bir müddət öncə İdman Araşdırmalar Mərkəzi Premyer Liqada 20 tur ərzində keçirilmiş 100 görüşə baş hakim təyinatlarını təhlil edib. Həmin yazıda referi təyinatlarının qeyri-bərabər bölündüyü və bu qədər matçı cəmi 11 referinin idarə etdiyi vurğulanıb.

 

XXIII turun təyinatları:

 

23 fevral (bazar)

 

13:00. “Qəbələ” – “Rəvan” (Bakı)
Hakimlər:
 Elvin Əsgərov, Nahid Əliyev, İsgəndər Əliyev, Tahir Əhmədov

Qəbələ şəhər stadionu

 

15:00. “Sumqayıt” – “Neftçi” (Bakı)
Hakimlər: 
Rauf Cabbarov, Mübariz Haşımov, Coşqun Həsənov, Nail Nağıyev

Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu, süni örtüklü meydan

 

16:00. “İnter” (Bakı) – “Bakı”

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elşən Acalov, Fərid Məmmədov

Əlavə köməkçi hakimlər: Alik Yunusov, İnqilab Məmmədov 

Bakı, “Şəfa” stadionu

 

17:00. AZAL (Bakı) – “Xəzər Lənkəran”
Hakimlər:
Əliyar Ağayev, Mehman Mahmudov, Rza Məmmədov, Mahir Məmmədov

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov

Bakı, “AZAL Arena”

 

17:00. “Qarabağ” (Ağdam) – “Simurq” (Zaqatala)
Hakimlər:
 Fariz Yusifov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ziya Nəsirov

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 892
avatar

Oxşar yazılar