BDU-nun müəllimi faciəvi şəkildə öldü - YENİLƏNİB
21 iyun 2024 15:19 (UTC +04:00)

BDU-nun müəllimi faciəvi şəkildə öldü - YENİLƏNİB

Bakı Dövlət Universitetinin (BDU) müəllimi Lalə Hüseynovanın ölüm səbəbi məlum olub.

Lent.az "oxu.az"a istinadən xəbər verir ki, onun ölümünə Sumqayıtda, "Yaşma bağları" adlanan ərazidə qəzaya düşməsi səbəb olub.

Belə ki, Lalə Hüseynovanın olduğu minik avtomobili yük maşınına çırpılıb.

Hadisə nəticədə 1974-cü il təvəllüdlü Lalə Hüseynova hadisə yerindəcə həyatını itirib, daha 2 nəfər - Mina Aslanova və Könül Babayeva isə xəsarət alıblar.

***

saat 10:00

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi Lalə Hüseynova vəfat edib.

Lent.az xəbər verir ki, Lalə Hüseynova 1974-ci ildə Bakı şəhərində anadan olub.

1991-1996-cı illərdə BDU-nun Biologiya fakültəsində təhsil alıb. O, 2004-2009-cu illərdə BDU-nun Biologiya fakültəsinin Mikrobiologiya kafedrasının qiyabi aspirantı olub. 2009-cu ildə mikrobiologiya ixtisası üzrə fəlsəfə doktoru adı alıb. 2000-2013-cü illərdə BDU-nun Mikrobiologiya kafedrasında böyük laborant, 2013-2023-cü illərdə Torpaqşünaslıq kafedrasında böyük laborant, 2023-cü ildən Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi kimi çalışıb. O, 49-dan çox elmi məqalənin müəllifi olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4914
avatar

Fidan İlqar

Oxşar yazılar