"Hamı bizi sevgili bilir" - “Döngə” qrupu ilə VİDEOMÜSAHİBƏ
21 iyun 2024 15:07 (UTC +04:00)

"Hamı bizi sevgili bilir" - “Döngə” qrupu ilə VİDEOMÜSAHİBƏ

Biz onları bir gecənin içində tanıdıq. “Dərviş” band qrupunda ifa etdikləri "Dünya sənin, dünya mənim" kompozisiyası ilə geniş tamaşaçı kütləsi qazandılar. 

Lakin indi daha "Dərviş" deyillər, özlərinə yeni qrup yaradıblar. Həyatlarındakı əsaslı dönüşlərə görə, adlarını “Döngə” qoyublar.

“Döngə” rok qrupunun üzvləri “Dərviş” qrupundan niyə ayrıldılar, onları narazı salan kimlər və nələr oldu?

Qrup üzvləri musiqidən başqa hansı işlər görürlər? Onlara sponsorluq edən varmı?

"Döngə"də qazanc nə qədərdir, onlar nəyə qətiyyətlə "yox" deyirlər?

Elnarə Xəlilova nə üçün qrupa "Pomidor-yumurta" təklif edib?

Solistlər kimdən və niyə halallıq istədilər?

Bütün bu suallara konsert dadındakı müsahibəmizdə cavab tapacaq, canlı musiqidən zövq alacaqsınız.

Lent.az-ın müsahibləri populyar “Döngə” rok qrupunun solistləri Nərmin Behbudova və Fərid Məmmədovdur. 

İzləyin...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6018
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar