Əməkdar artist  evini təmir edən ustaları   polisə verəcək
21 iyun 2024 19:44 (UTC +04:00)

Əməkdar artist evini təmir edən ustaları polisə verəcək

Əməkdar artist Ruhəngiz Allahverdiyeva qonaq olduğu proqramlardan birində evini təmir edən ustaları polisə verəcəyini deyib.

Lent.az-ın xəbərinə görə, müğənni həmin ustaları hədələyib.

“Yeni aldığım evimi təmir edib, pis günə qoyan ustalar müəyyən insanların qarşısında cavab verəcəklər. Hələ mənim başım qarışıqdır. Dəyən ziyanı bir-bir yazıb o ustaları şikayət edəcəm”. 

O bildirib ki, ustaların buraxdığı səhvlərə görə evini ikinci dəfə təmir edəcək: 

“Hamam otağı ikinci dəfə sökülüb yenidən təmir olunmalıdır. Qəpik-qəpik pul yığıram, evimin təmirinə yenidən başlayıram. Məcbur olub yenidən təmir etdirməliyəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4341
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar