Dietoloqlar şokoladın faydalarından danışdı - İnanmayacaqsınız
21 iyun 2024 23:09 (UTC +04:00)

Dietoloqlar şokoladın faydalarından danışdı - İnanmayacaqsınız

Şokoladın tərkibindəki flavonoidlər bitki birləşmələrinin bir növü olduğuna görə güclü iltihab əleyhinə təsirə malikdir.

Lent.az xəbər verir ki, bu və məhsulun digər faydalı xüsusiyyətləri barədə dietoloq Alena Barredo açıqlama verib.

Flavonoidlərin təsiri ürək-damar sisteminin və beyinin fəaliyyətinə də müsbət təsir göstərir. Onun həmçinin dərinin vəziyyətinə də faydası var.

Bundan əlavə, şokolad stress zamanı sakitləşdirici təsir göstərir, çünki flavonoidlər sinir sisteminə yaxşı təsir edir.

Bundan başqa şokoladın tərkibindəki kakao bağırsaqlarda faydalı bakteriyaların böyüməsini stimullaşdırır. “Buna görə də məhsul prebiotik kimi işləyə bilər” – deyə dietoloq əlavə edib.

Şokoladda böyük miqdarda maqnezium və mis də var. Bundan əvvəl də diyetoloq Oleq Krivçenkov şokoladın piylənməyə səbəb olması ilə bağlı yayılmış xəbərləri təkzib etmişdi. O, tünd şokoladın faydalı olduğunu deyərək bu məhsulun nəinki çəki artımına səbəb olmadığına, əksinə arıqlamağa kömək etdiyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3030
avatar

Oxşar yazılar