Minik avtomobili Türkiyə TIR-ı ilə toqquşdu - Ölən var
21 iyun 2024 20:27 (UTC +04:00)

Minik avtomobili Türkiyə TIR-ı ilə toqquşdu - Ölən var

Balakəndə Türkiyə vətandaşının idarə etdiyi TIR-la minik avtomobili toqquşub, ölən var.

Lent.az-ın məlumatına görə, hadisə axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral avtomobil yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

1976-cı il təvəllüdlü Balakən rayon sakini Kənan Abdulla oğlu Ağayevin idarə etdiyi “Mersedes markalı 10 RO 610 dövlət nömrə nişanlı minik avtomobili ilə Türkiyə vətandaşı 1992-ci il təvəllüdlü Mustafa Makar Nureddin oğlunun idarə etdiyi iritonnajlı TIR toqquşub.

Qəza zamanı Mersedes markalı avtomobilin sürücüsü K. Ağayev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib və onun meyiti sükün arxasında sıxılmış vəziyyətdə qalıb.

K. Ağayevin meyiti Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq əraziyə çağrılmış Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin həkim briqadasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3169

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15