Azərbaycanda İLK: Avtobusda konsert
21 iyun 2024 16:32 (UTC +04:00)

Azərbaycanda İLK: Avtobusda konsert

Bakıda avtobusda konsert verilib.

Lent.az xəbər verir ki, təşkilatçı olan Quality Event şirkəti şəhərdə musiqili avtobus turuna çıxıb. 

Dj Kamo fərqli şouları, ifaçı Fərid Mərd isə möhtəşəm ifası ilə şəhərə səs salıblar. Azərbaycanda ilk dəfə təşkil olunan bu tur izləyicilərlə yanaşı, şəhərin mərkəzində olan turistlərin də marağını cəlb edib. Heydər Əliyev Mərkəzində olan turistlərlə turda iştirak edən qonaqlar Azərbaycanın milli rəqsi olan “Yallı” nı oynayıblar. 

Quality Bus saat 16:00- dan axşam saat 22:00- a qədər şəhərin mərkəzi küçələrində gəzərək insanların marağına səbəb olub.

Qeyd edək ki, Quality Event Şirkəti 13 İyul və 27 İyul tarixlərində Türkiyəli və Azərbaycanlı sənətçilər EGP Arenada səhnə alacaqlar. Biletlər iticket.az saytında və qualityevent.baku instaqram səhifəsində satışdadır. 

Biletləri sifariş etmək üçün:

055 538 38 69 

099 539 39 69 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3459
avatar

Fidan İlqar

Oxşar yazılar