Ən yaxşılar bəlli oldu
17 aprel 2014 12:37 (UTC +04:00)

Ən yaxşılar bəlli oldu

Futbol üzrə Topaz Premyer liqasında ötən ilin dekabr, bu ilin isə mart ayının qaliblərinin mükafatlandırılması keçirilib. Lent.az-ın məlumatına görə, dekabrın ən yaxşı futbolçusu Daniel Subotiç (“Qəbələ”), ayın qolunun müəllifi Con Oluremi (“Azal”), fevralın ən yaxşı futbolçusu  isə  Reynaldo (“Qarabağ”) seçilib. Mart ayının ən yaxşı oyunçusu yenə də Reynaldo, ən yaxşı qolun müəllifi isə Con Oluremi olub.

 

Qaliblər Peşəkar Futbol Liqası və Topaz tərəfindən mükafatlandırılıblar. Ayın oyunçu adına layiq görülən futbolçuların hər birinə 1500 manat, ayın qolunun müəllifinə isə 1000 manat pul mükafatı verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Oxşar yazılar