ABŞ millisinin və İtaliyanın “Milan” klubunun futbolçusu Kristian Pulişiçlə məşhur kantri müğənnisi Meqan Moroni arasında sevgi münasibətlərinin olması barədə iddialar yenidən gündəmə gəlib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb müğənninin telefonunun ekranında görünən foto olub.
“Victoria's Secret” moda nümayişindən sonra çəkilən görüntülərdə Moroninin telefonunun kilid ekranında Pulişiçə bənzəyən şəxslə qucaqlaşdığı foto əks olunub.
Cütlük haqqında ilk sevgi şayiələri hələ iyul ayında yayılıb. Onların Neşvilldə birlikdə vaxt keçirdikləri iddia olunub. Daha sonra futbolçunun müğənninin Floridadakı konsertinə qatılması barədə məlumatlar ortaya çıxıb.
Moroninin İtaliyaya səfəri zamanı Pulişiçin çıxış etdiyi Milan şəhəsində olması da sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.
Bununla belə, nə futbolçu, nə də müğənni aralarında romantik münasibətin olduğunu rəsmən təsdiqləyib.