Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb. 37 yaşlı Elvin Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin 30 yaşlı Elnur Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəsarət alan sürücü İmişli rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.