Azərbaycan futbolunun və "Neftçi" tarixinin unudulmaz simalarından hesab olunan Əhməd Ələsgərov ötən gün Ukraynanın Odessa şəhərində torpağa tapşırılıb.
Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə, mərhumla vida mərasimi “Çernomorets”in stadionunda keçirilib.
Xatırladaq ki, Əhməd Ələsgərov 1966-cı ildə "Neftçi" və 1974-cü ildə Ukraynanın "Çernomorets" klubları ilə SSRİ çempionatının bürünc medallarını qazanıb. 1992-1993 və 1998-2000-ci illərdə Azərbaycan milli komandasını çalışdırıb. Milli komandamızın ilk məşqçisi kimi tarixə düşüb.