Türkiyə Super Liqasının başa çatmasına 1 tur qalmış çempionluğunu elan edən “Qlatasaray” bu nailiyyət sayəsində büdcəsinə xeyli pul cəlb edəcək.
Lent.az-ın amkspor-a istinadən məlumatına görə, “Fənərbağça”nın xal itirməsi ilə qızıl medalları qazanacağı qətiləşən “Qalatasaray” çempion olduğu üçün Türkiyə Futbol Federasiyasından 70 milyon lirə alacaq. Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardığına görə isə UEFA “Qalatasaray”a 12 milyon avro ödəyəcək. Qrup mərhələsindəki hər qələbənin 1.5 milyon, bərabərliyin isə 500 min avro mükafat qazandırdığını nəzərə alsaq, borc içində boğulan “Qalatasaray”ın vəziyyətinin xeyli yaxşılaşacağını proqnozlaşdırmaq olar.