Bu gün futbol üzrə Türkiyə Super Kubokunun sahibi məlum olacaq.
Lent.az-ın “azərtac”-a istinadən məlumatına görə, ölkə liqasının çempionu “Beşiktaş”la Türkiyə kubokunun sahibi “Qalatasaray” arasında keçiriləcək Super Kubok matçı Bakı vaxtı ilə 21:45-də başlayacaq. Konya Böyükşəhər Bələdiyyəsi stadionunda keçiriləcək oyunu hakim Mete Kalkavan idarə edəcək.
Qeyd edək ki, “Beşiktaş” ilə “Qalatasaray” 9 ildən sonra ikinci dəfə Super Kubok uğrunda mübarizədə qarşı-qarşıya gəlirlər. Belə ki, 2006-cı ildə keçirilən Super Kubok oyunu “qara qartallar”ın 1-0 hesablı qələbəsi ilə nəticələnmişdi.