Azərbaycan yığmasının yüngül atleti Dmitri Marşin Rio-de-Janeyroda keçiriləcək Olimpiadada iştirak üçün lisenziya qazanıb. Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Ümid” yığma komandasının təmsilçisi çəkic tullama üzrə 78,52 metr nəticə göstərib. Bu, Azərbaycan idmançıları üçün ikinci lisenziyadır. Birinci lisenziyanı isə boksçu Albert Səlimov qazanıb.