Azərbaycan millisinin heyəti açıqlandı
22 may 2015 15:57 (UTC +04:00)

Azərbaycan millisinin heyəti açıqlandı

 

Azərbaycan milli komandasının heyəti açıqlanıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamızın baş məşqçisi Robert Prosineçki iyunun 7-də Avstriyada Serbiya yığması ilə yoldaşlıq oyunu və AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində iyunun 12-də Osloda Norveçə qarşı baş tutacaq qarşılaşma üçün heyəti müəyyən edib.

 

Xorvatiyalı mütəxəssis 2 matça 25 oyunçu çağırıb.

 

Prosineçki ilk dəfə “Neftçi”nin üzvlərinə də dəvət göndərib. Bu dəfə onun siyahısında Aqil Məmmədovla Araz Abdullayev də yer alıb.

 

Mütəxəssis milliləşən ukraynalı Pavel Paşayevi də qarşıdakı oyunlara dəvət edib. Millidə rəsmi matça çıxmayan Elnur Cəfərov və Elvin Camalov da 25 futbolçudan ibarət siyahıya daxil edilib.

 

Qapıçılar: Kamran Ağayev (“Kayserispor”, Türkiyə), Aqil Məmmədov (“Neftçi”), Emil Balayev (“Ayntraxt”, Frankfurt, Almaniya)

 

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov (hamısı “Qarabağ”), Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov (hər ikisi “İnter”), Ruslan Abışov (“Qəbələ”), Pavel Paşayev (“Metallurq”, Zaporojye, Ukrayna),

 

Yarımmüdafiəçilər: Qara Qarayev, Cavid Tağıyev (hər ikisi “Qarabağ”), Elvin Camalov, Cavid Hüseynov (hər ikisi “Qəbələ”), Coşqun Diniyev, Elvin Məmmədov, Əfran İsmayılov (hamısı “İnter”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Tuğrul Erat (“Fortuna Dusseldorf, Almaniya), Ruslan Qurbanov (“Hayduk”, Split, Xorvatiya), Araz Abdullayev (“Neftçi”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”)

 

Hücumçular: Elnur Cəfərov (“Xəzər Lənkəran”), Vüqar Nadirov (“Qarabağ”), Məhəmməd Qurbanov (“Sumqayıt”)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 148
avatar

Oxşar yazılar