Azərbaycan – İspaniya matçının hakimləri açıqlandı
03 fevral 2018 15:34 (UTC +04:00)

Azərbaycan – İspaniya matçının hakimləri açıqlandı

0

Futzal üzrə Avropa çempionatının final mərhələsinin III turunun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, sabah meydana çıxacaq Azərbaycan millisinin görüşünün ədalət təmsilçiləri də bəlli olub.

 

D qrupunda çıxış edən yığmamız qrup mərhələsinin son qarşılaşmasında İspaniya ilə görüşəcək.  Qarşılaşmanın 1-ci hakimi rusiyalı Vladimir Kadikov olacaq. 2-ci hakim funksiyası sloveniyalı Admir Zahoviçə həvalə edilib.

 

İtaliyalı Alessandro Malfer 3-cü hakim olacaqsa, yunanıstanlı Vasilios Xristodulis matçın vaxtına nəzarət edəcək.

 

Qeyd edək ki, Sloveniyanın Lyublyana şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 375

Oxşar yazılar