AZAL-dan daha bir uğursuzluq
28 mart 2014 17:29 (UTC +04:00)

AZAL-dan daha bir uğursuzluq

Futbol üzrə Topaz Premyer Liqasında XXVIII tura start verilib. Lent.az-ın məlumatına görə, autsayder “Sumqayıt” mövsümün ikinci yarısında - qış fasiləsindən sonra qələbəyə həsrət qalan AZAL-ı qəbul edib.

 

IV dövrənin ilk turuna təsadüf edən açılış oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1. Amma hesabı qonaqlar açıb. 7-ci dəqiqədə Laşa Kasiradzenin zərbəsi dəqiq olub. Bununla belə, 21-ci dəqiqədə Məhəmməd Qurbanov bərabərlik, 55-ci dəqiqədə Uğur Pamuk meydan sahiblərinin qələbə topunu vurub. 45-ci dəqiqədə isə AZAL-ın hücumçusu Con Oluremi penaltidən yararlana bilməyib.

 

Bununla da “Sumqayıt” xallarını 16-ya çatdırıb. Lakin “gənclik şəhəri” təmsilçisi 10-cu pillədən qurtula bilməyib. Baş məşqçi Tərlan Əhmədovun gəlişindən sonra ardıcıl 2-ci məğlubiyyətlə üzləşən AZAL isə 26 xalla 8-ci pillədə qalıb.

 

Turun qalan oyunları həftəsonu keçiriləcək:

 

29 mart (şənbə)

 

15:00. “Bakı” – “Simurq” (Zaqatala)
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Yaşar Abbasov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov
“Bakı” klubunun təlim-məşq bazasının stadionu

 

17:00. “Neftçi” (Bakı) – “Xəzər Lənkəran”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vaqif Musayev, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov
Bakı, “Bakcell Arena”

 

30 mart (bazar)

 

17:00. “İnter” (Bakı) – “Rəvan” (Bakı)
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Nahid Əliyev, Tahir Əhmədov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Alik Yunusov
Bakı, “Şəfa” stadionu

 

18:00. “Qarabağ” (Ağdam) – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1065

Oxşar yazılar