Avropa çempionatı: İlk gündə 2 qızıl, 1 bürünc
05 dekabr 2013 12:56 (UTC +04:00)

Avropa çempionatı: İlk gündə 2 qızıl, 1 bürünc

Azərbaycanın paralimpiyaçı cüdoçulardan ibarət milli komandası Macarıstanın paytaxtı Budapeştdə start götürən Avropa çempionatına uğurla başlayıb. Milli Paralimpiya Komitəsindən Lent.az-a verilən məlumata görə, yığmamız yarışın ilk günündə 2 qızıl, 1 bürünc medal qazanıb.

 

Fəxri kürsünün ən yüksək pilləsinə Bayram Mustafayevlə (66 kq) Ramil Qasimov (73 kq) qalxıb. Elçin Talıbov (66 kq) isə 3-cü yeri tutub.

 

Qeyd edək ki, Avropa çempionatında ölkəmizi 16 cüdoçu təmsil edir. Onlardan 3-ü ilk dəfə böyüklərin mübarizəsinə qatılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 901
avatar

Oxşar yazılar