Albaniya birinci Avropa Oyunlarına 28 idmançı göndərəcək
27 may 2015 20:27 (UTC +04:00)

Albaniya birinci Avropa Oyunlarına 28 idmançı göndərəcək

Albaniya birinci Avropa Oyunlarına 28 idmançı göndərəcək.

 

APA-nın “Bakı-2015”in saytına istinadən verdiyi məlumata görə, albaniyalı idmançılar idmanın 9 növü üzrə mübarizə aparacaqlar. Atletika üzrə yarışlarda bu ölkədən 15 idmançı çıxış edəcək.

 

Albaniya komandasında Olimpiya təcrübəsinə malik atıcı Adriatik Hokha “London-2012” Olimpiya Oyunlarında güllə atıcılığı üzrə mübarizə aparıb. Qırx yeddi yaşlı atıcı Arben Kucana da “London-2012”də 10 və 50 metr məsafədən tapançadan atəşaçma yarışlarında gücünü sınayıb.

 

Beynəlxalq uğura imza atan digər albaniyalı idmançı Luiza Geqadır. O, 2013-cü ildə keçirilmiş Aralıq Dənizi Oyunlarında 1500 metr məsafəyə yarışda gümüş, həmin il keçirilən Universiadada isə eyni məsafəyə qaçışda bürünc medala sahib olub.

 

Albaniyalı idmançılar atletika, boks, velosiped, cüdo, karate, atıcılıq, üzgüçülük, taekvondo və güləş yarışlarında birincilik uğrunda mübarizə aparacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar