AÇ-2016: İsveçrə millisi play-offda
20 iyun 2016 01:03 (UTC +04:00)

AÇ-2016: İsveçrə millisi play-offda

0

Avro-2016-da qrup mərhələsinin III turuna start verilib.

 

APA-nın məlumatına görə, “A” qrupunda iki oyun keçirilib.

 

Artıq 1/8 finala vəsiqəni təmin edən Fransa yığması İsveçrə ilə qarşılaşıb.  Oyun 0:0 hesabı ilə heç-heçə başa çatıb.Qrup mərhələsində 5 xal toplayan İsveçrə millisi play-off mərhələsinə vəsiqə qazanıb.

 

Qrupun digər matçında Albaniya Rumıniya ilə görüşüb.  Oyunda yeganə qolu albaniyalı Armando Sadiku vurub. Beləliklə, rəqibini qabaqlayan Albaniya 3 xalla qrupda 3-cü yeri tutub.

 

Məlum olduğu kimi, AVRO-2016-da ən yaxşı nəticə göstərən dörd qrup üçüncüsü 1/8 finala vəsiqə qazana biləcək. Beləliklə,  Albaniyanın  pley-off mərhələsinıə yüksəlməsi digər qruplardakı mübarizənin nəticələrindən asılı olacaq.

 

Avropa çempionatı

Qrup mərhələsi

III tur

19 iyun

 

A qrupu

Rumıniya - Albaniya - 0:1

Qol: Sadiku, 43

 

İsveçrə - Fransa - 0:0

 

1.

Fransa 

3

2

1

0

4-1

7

2.

İsveçrə

3

1

2

0

2-1

5

3.

Albaniya

3

1

0

2

1-3

3

4.

Rumıniya

3

0

1

2

2-4

1

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar