"Sumqayıt"a müvəqqəti prezident təyin olundu
20 fevral 2018 15:44 (UTC +04:00)

"Sumqayıt"a müvəqqəti prezident təyin olundu

Bu gün "Sumqayıt”ın Müşahidə Şurasının növbəti iclası keçirilib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, toplantıda “gənclik şəhəri” təmsilçisinin sabiq prezidenti Kamran Quliyevə fəaliyyətinə görə təşəkkür olunub, ona gələcək işlərində uğurlar arzulanıb.

 

Klubun prezidentinin səlahiyyətlərinin icrası isə vitse-prezident Vaqif Ömərova tapşırılıb.

 

Qeyd edək ki, “Sumqayıt”dan şəxsi istəyi ilə ayrılan Kamran Quliyev isə bir neçə gün öncə “Neftçi”nin prezidenti təyin olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405

Oxşar yazılar