“Qarabağ” klubu hücumçusu Reynaldo Dos Santos Silva ilə müqavilənin müddətini uzadıb. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Lent.az-a açıqlamasında bildirdi ki, braziliyalı forvardla müqavilə 2 illik artırılıb.
Qeyd edək ki, Reynaldonun 2016-cı ilədək “Qarabağ”la müqaviləsi mövcud idi. Yeni müqavilədən sonra hücumçu artıq 2018-ci il yanvarınadək Ağdam təmsilçisinin heyətində qalacaq.