İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Xuan Mata Davosda (İsveçrə) keçirilən Ümumdünya İqtisadi Forumunu ziyarət edəcək.
Lent.az-ın “perport”a istinadən xəbərinə görə, ispan futbolçu forumun digər iştirakçıları ilə öz "Common Goal" adlı xeyriyyə layihəsini müzakirə edəcək.
Kampaniyaya görə, futbolçular öz əmək haqlarının 1 faizini bütün dünya üzrə futbol xeyriyyə təşkilatları və kasıb ailələrdən çıxan uşaqları dəstəkləyən kollektiv fonda köçürürlər. Hazırda layihəyə 18 ölkədən 36 futbol təmsilçisi cəlb olunub.