<span style="color:red;">Soçi-2014:  <b>Azərbaycanın son təmsilçisi mübarizəyə başlayır</b>
22 fevral 2014 12:42 (UTC +04:00)

Soçi-2014: Azərbaycanın son təmsilçisi mübarizəyə başlayır

2014-cü il Soçi Qış Olimpiya Oyunlarında Azərbaycanın son təmsilçisi Patrik Braxner fevralın 22-də dağ xizəkçiliyinin slalom yarışında mübarizə aparacaq. Lent.az-ın məlumatına görə, avstriyalı legioner saat 16:45-də ilk yürüşə qatılacaq.

O, 117 idmançının qatılacağı mübarizədə 65-ci sıra nömrəsi ilə qüvvəsini sınayacaq. Finişə çatacağı halda, 22 yaşlı Braxner elə bu gün saat 20:15-də başlanacaq həlledici yürüşə vəsiqə qazanacaq. İki yürüşün cəmində daha yaxşı nəticə göstərən slalomçu qalib elan olunacaq.

Qeyd edək ki, Patrik Braxner daha öncə nəhəng slalom yarışında 53-cü yeri tutub. Qadın dağ xizəkçimiz Qaya Bassani Antivari nə slalom, nə də nəhəng slalomda mübarizə aparıb. Fiqurlu konkisürənlərdən ibarət Yuliya Zlobina – Aleksey Sitnikov dueti isə 12-ci yeri tutub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795
avatar

Oxşar yazılar