
Növbəti dopinq QALMAQALI: həkimə 100 min avro ödəyiblər
Almaniya və Avstriya hüquq-mühafizə orqanları birgə əməliyyat nəticəsində dünya üzrə dopinq şəbəkəsi aşkarlanıb.
ONA-nın “Alman dalğası”-na istinadən verdiyi məlumata görə, Münhenin baş prokuroru Kay Qreber deyib ki, cinayət işində əsas şübhəli sayılan Erfurtdan olan həkim Mark. C.-nin ifadəsindən sonra istintaq 8 Avropa ölkəsindən 5 idman növü üzrə 21 idmançının cinayətlə əlaqəsinə dair məlumatlar əldə edib.
Baş prokuror bu 5 idman növündən üçünü – xizəksürmə, velosiped və triatlonu qeyd edib, digər iki idman növünü isə istintaqla əlaqədar açıqlamayıb. Ancaq dopinq qalmaqalının masştabı hələ tam məlum deyil. K. Qreber bildirib ki, dopinqdən istifadə edən idmançılar 2011-ci ildən 2019-cu ilin fevralınadək həkim Mark. C.-yə xidmətləri müqabilində hər idman mövsümündə 4 min avrodan 12 min avroyadək, hər il isə 100 min avro ödəyiblər. Ancaq hazırda istintaqda dopinq qəbul etmiş idmançıların mənsub olduqları ölkələrin idman federasiyalarının bu prosesdə iştirak etməsi barədə yetərli sübut yoxdur. K. Qreber şübhəlilər arasında alman idmançıların olub-olmadığını açıqlamayıb.
Baş prokuror nəzərə çatdırıb ki, əməliyyat çərçivəsində avstriyalı xizəkçi Yohannes Dyurra ilə bərabər 9 idmançı saxlanılıb. Onların arasında Estoniya və Qazaxıstandan olan idmançılar da var.
Oxşar yazılar

Milyard necə bölündü? - Klublararası dünya çempionatında komandaların qazancı
15 iyul 2025 , 20:15
“Real” gənc oyunçunu 50 milyon avroya geri qaytardı - indi satışa hazırlaşırlar
15 iyul 2025 , 19:07
Tramp tarixin ən yaxşı futbolçusunun adını çəkdi
15 iyul 2025 , 11:53
PSJ onu almaq üçün 3 oyunçunu satır
15 iyul 2025 , 09:54
Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 04:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59