<span style="color:red;">Messi qərarını verdi -  yeni müqavilə imzalanacaq
31 avqust 2016 11:12 (UTC +04:00)

Messi qərarını verdi - yeni müqavilə imzalanacaq

“Barselona” klubu argentinalı ulduzu Lionel Messi ilə yeni müqavilə imzalamağa hazırlaşır. Lent.az-ın məlumatına görə, klub prezidenti Xuan Bartomeu 29 yaşlı superulduzun 2018-ci ildə başa çatacaq müqaviləsinin müddətini uzadacaqlarını bəyan edib.

 

Vergi problemlərinə görə İspaniyanı tərk edəcəyi iddia edilən Messinin hələ uzun illər Kataloniyada qalacağını deyən klub prezidenti əlavə edib: “Onunla bağlı fikrimiz qətidir. Mütləq bu klubda qalmasını istəyirik. Lionel Messi dünyanın ən yaxşı futbolçusudur və bu müzakirə mövzusu deyil. O da bizimlə qalmağa razıdır və komanda yoldaşlarının istəyi ilə burada yoluna davam edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245
avatar

Oxşar yazılar