“Avropa Oyunları Əməliyyat Komitəsinin işindən çox mәmnunam". APA-nın mәlumatına görә, bunu Bakı-2015 I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.
S. Kleq bildirib ki, idmançılar da əməliyyat komitәsinin fәaliyyәtindәn razıdır: “Artıq 24 çempionun adı bәlli olib. İlk üç gündən sonra medal siyahısına baxdıqda Azәrbaycanın birinci olduğunu görürük. Bu gün dә gәrgin yarışlar olacaq. Açılış mәrasimindәn sonra bağlanış mәrasiminә 8 min, dünәn isә 15 min bilet satılıb. Yerlərin 75 faizi tutulub. İndiyə qədər 23 min tamaşaçı 9 idman obyektində 20 müxtәlif yarışı izlәyib. 6 yarışda 100 faiz tamaşaçı iştirakı olub. Bu gün 7 mәkanda yarışlar keçirilәcәk. Aәrbaycanda bayram günü olduğuna görә 30 min tamaşanın iştirakını gözlәyirik”.